avq
2023
10:00
150

Zəhərlənmə ilə bağlı 658 nəfər müraciət etdi

4 avq, 2023
10:00
150

Zəhərlənmə ilə bağlı 658 nəfər müraciət etdi

İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Den.az-a verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan, 3-nü isə həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm halının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar