Avstraliyanın Sidney şəhərində azyaşlılar arasında keçirilən ingilis dili olimpiadasında Azərbaycanı təmsil edən şagird birinciliyə layiq görülüb.
"Den.az" xəbər verir ki, "Global Olympiad Center"in təşkilatçılığı ilə 20 nömrəli məktəbin şagirdi Nail Ələkbərli JEO olimpiadasında 14 ölkədən olan həmyaşıdları ilə mübarizə aparıb.
Gərgin keçən olimpiadada Nail yarışdığı sinif üzrə ikinci yer, yaş kateqoriyasına görə isə birinci yerə layiq görülüb.
Olimpiada müddətində iştirakçılar Azərbaycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə Sidneyin gəzməli və görməli yerlərdində, tarixi muzeylərində olublar.Şahnaz Əliyeva
Den.az
Azərbaycanlı şagird Nail Ələkbərli Sidneydə olimpiadada qalib olub-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.