avq
2023
23:51
167

Ceff Bezos 500 milyonluq yaxtasında parti etdi

5 avq, 2023
23:51
167

Ceff Bezos 500 milyonluq yaxtasında parti etdi

Milyarder Ceff Bezos və nişanlısı Lauren Sançez toyları şərəfinə ziyafət təşkil ediblər.

Den.az Axşam.az-a istinadən xəbər verir ki, cütlüyün dostları "Amazon" qurucusunun 500 milyon dollarlıq yaxtasında toplaşıblar. Mənbənin sözlərinə görə, parti İtaliyanın Pozitano şəhəri yaxınlığında keçirilib. Tədbirdə yalnız bir neçə nəfər iştirak edib: onların arasında "Microsoft"un qurucusu Bill Qeyts sevgilisi Paula Hurd, keçmiş -mediamaqnat Rupert Merdokun həyat yoldaşı, iş qadını Vendi Merdok və digər qonaqlar olub.

Bezosun 127 metrlik Koru yaxtası dünyanın ən böyük yelkənli yaxtası hesab olunur. Üzgüçülük hovuzu və helikopter meydançası olan bir neçə göyərtəsi var. Gəmi üç böyük dirəklə təchiz olunub və yelkənlərin kinetik enerjisi hesabına üzə bilir, beləliklə, yelkəni tək idarə edə bilərsiniz. Bu yaxınlarda milyarder yaxtanın burnuna gəlinin təsviri olan taxta heykəl qoyub.

May ayında 59 yaşlı Ceff Bezos 5 illik münasibətdən sonra 53 yaşlı Lauren Sançesə evlilik təklifi etmiş və böyük brilyant qaşlı nişan üzüyü vermişdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar