10 
avq
2023
13:33
304

Sumqayıtda yaşayış binasında yanğın olub, mənzil içindəki əşyalarla birgə yanıb-FOTO/VİDEO

10 avq, 2023
13:33
304

Sumqayıtda yaşayış binasında yanğın olub, mənzil içindəki əşyalarla birgə yanıb-FOTO/VİDEO

Sumqayıtda yaşayış binasında yanğın olub.


"Den.az" xəbər verir ki, hadisə şəhərin 12-ci mk bina 22, mənzil 65-də qeydə alınıb

4 cü mərtəbədə başlayan yanının söndürülməsi üçün əraziyə FHN-nin Sumqayıt şəhər DYMİ-nin 3 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Məlumat verilib ki, hadisə zamanı mənzildə heç kəs olmayıb. Ona görə, hadisə barədə qonşular FHN-nin 112 qaynar xəttinə zəng edərək xəbər veriblər. 
Hadisə zamanı evin bir otağı içindəki əşyalarla birgə yanarq kül olub. Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

Əraziyə Sumqayıt şəhər Polis İdarəsinin və TTYS-nın əməkdaşları cəlb olub. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar