28 
iyn
2023
16:29
142

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə TƏBRİK ETDİ

28 iyn, 2023
16:29
142

Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə TƏBRİK ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.

Den.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunub ki, Türkiyə lideri də öz növbəsində Ermənistan hökumət başçısını qarşıdan gələn İsa Məsihin Transfiqurasiyası (İsanın simasının dəyişməsi) bayramı münasibətilə təbrik edib.

Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, həmçinin diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar.//APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar