iyl
2023
20:43
580

5 nəfərlik “aksiya”: Tural Sadıqlı Bakının mərkəzində də rüsvay oldu

2 iyl, 2023
20:43
580

5 nəfərlik “aksiya”: Tural Sadıqlı Bakının mərkəzində də rüsvay oldu

Bu gün Bakıda “Söyüdlü aksiyası” adı ilə toplantı təyin edilmişdi və aparılan təbliğat o yöndə idi ki, böyük mitinq olacaq. Gün gəldi, vədə yetişdi, təyin olunan yerdə cəmi beş nəfər iştirakçının olduğu nə aksiyaya, nə piketə oxşayan, ümumiyyətlə nəyəsə bənzəməyən bir şey oldu. Bir nəfər əlində smartfon çəkir, iki-üç nəfər də nəsə danışırdı və istisna deyil ki, onlar da elə yoldan keçən olub.

Bir qədər araşdırma anlamağa kifayət etdi ki, bu aksiyanın təşkilatçısı Avropada yaşayan, “Youtube”də “azad söz” adlı kanal işlədən Tural Sadıqlıdır. Bu şəxs gerçək üzünü zaman-zaman özü ifşa edib. Bir müddət əvvəl erməni diasporu ilə işlədiyini dolayısı ilə etiraf etmişdi, daha sonra İranın Azərbaycana qarşı terror siyasətində molla rejiminin tərəfdarı kimi çıxış edirdi. Tural Sadıqlı özünü “satışa” çxıardığını gizlətmir, kim pulunu verirsə, onların Azərbaycana qarşı oyununda “peşkalıq” edir.

xəbər verir ki, Söyüdlü məsələsini də Tural Sadıqlı yeni “qazanc” mənbəyi olaraq görür və Avropda əyləşib Bakıda aksiya təyin edir. Özünü elə aparır ki, sanki bu, “ictimai-siyasi lider”dir, onun çoxminli elektoratı var və bir çağırışı ilə insanlar küçələrə çıxacaq. Yerin Fəvvarələr meydanına təyin edilməsi də bu ərazidə qələbəliyin olması ilə bağlıdır, planı belə idi ki, qələbəliyi də onun təyin etdiyi “aksiyanın” iştirakçısı kimi göstərəcək. Lakin cəmi beş nəfərin gəldiyi “aksiya” Tural Sadıqlının kamera qarşısında sərgilədiyi “performansını” gülüş obyektinə çevirdi.

Tural Sadıqlı deyirdi: “İndiyə qədər danışdıq, yazdıq, pislədik, indi real meydan var, hər kəsi meydanlara dəvət edirəm”.

Avropada oturub Bakıda insanları meydana səsləyən bu “siyasətçi qırığı” hesab edirdi ki, onun səsinə səs verib “aksiya” keçirəcəklər. Kanalının rəy bölümündə əksəriyyəti feyk profildən gələn rəylərin sayına baxıb, özünü yeni “siyasi lideri”, çoxsaylı elektoratı olan siyasətçi kimi qəbul edir. “Ac toyuq yuxuda darı görən” kimi Tural Sadıqlı da öz aləmində özünü xalqı meydanlara səsləyən lider kimi görür. Aksiya günü gələndə isə onun “meydanında” cəmi bir neçə nəfərdən başqa heç kim gözə dəymədi. Çünki Tural Sadıqlı kimilər Azərnbaycan xalqı üçün diqqətə belə alınmayacaq, beş-üç manata xalqını ermənilərə və mollalara satacaq qədər kiçik olan adamlardır.

Bu kiçik adam Avropada oturub özünü “böyük lider” kimi sırımağa cəhd edir, xalqı meydanlara səsləyir. Azərbaycan xalqı bu anti-milli ünsürləri elə aksiya təyin etdiyi Fəvvarələr meydanında biabır etdi, onun gerçək kimliyini göstərdi.

O da diqqətdən qaçmamalıdır ki, Tural Sadıqlının bu “aksiya təyinatı” hansısa problemi qabartmaq, kiməsə yaxşılıq etmək yox, sırf Avropada rahat həyatını təyin etmək üçün pul aldığı dairələrə “mən Azərbaycanda böyük adamam” demək üçün lazım idi. Amma Bakının mərkəzində – Fəvvarələr meydanında Tural Sadıqlının necə “adam” olduğu bir daha ortaya çıxdı. Tural Sadıqlı rüsvay oldu! Konkret.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar