iyl
2023
18:33
147

Kəngərlidə tikinti uçub, iki nəfər xəsarət alıb

9 iyl, 2023
18:33
147

Kəngərlidə tikinti uçub, iki nəfər xəsarət alıb

Kəngərlidə rayonunda tikinti uçub, iki usta ciddi xəsarət edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Qıvraq qəsəbəsində qeydə alınıb.

Tikilinin uçması nəticəsində Kəngərli rayon Şahtaxtı kənd sakini, 1965-ci il təvəllüdlü Babayev Elşən İsmayıl oğlu və Kəngərli rayon Xok kənd sakini, 1961-ci təvəllüdlü Pənahov Vaqif Firudin oğlu dağıntının altında qalıblar. Qəsəbə sakinlərinin köməkliyi ilə zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar