13 
iyl
2023
16:17
183

Bu ailələr 435 manat müavinət alacaq

13 iyl, 2023
16:17
183

Bu ailələr 435 manat müavinət alacaq

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin dünən təsdiqlədiyi “Sosial müavinətlər haqqında” Qanuna edilən dəyişikliklə yeni müavinət növləri təsis edilib.

Den.az-ın məlumatına görə, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 355 manat, 7-13 yaş arası uşağa görə - 375 manat, 14-18 yaş arası uşağa görə - 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

- 0-6 yaş arası uşağa görə - 395 manat, 7-13 yaş arası uşağa görə - 415 manat, 14-18 yaş arası uşağa görə - 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar