17 
iyl
2023
13:50
139

Prezidentdən Ukrayna ilə bağlı SƏRƏNCAM

17 iyl, 2023
13:50
139

Prezidentdən Ukrayna ilə bağlı SƏRƏNCAM

Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
 
Den.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.


Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar