avq
2023
22:45
206

Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirildi

2 avq, 2023
22:45
206

Belçikada itkin düşmüş azərbaycanlı Vətənə gətirildi - FOTO

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı Nizami Məmmədov Vətənə gətirilib.

"Den.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı Səfirliyindən bildirilib.


Qeyd olunub ki, Nizami Məmmədovun Azərbaycana göndərilməsi prosesi uğurla başa çatıb.
Xatırladaq ki, 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Nizami İbrahim oğlu Məmmədovun qohumları tərəfindən onun Belçikanın Brüssel şəhərində olduğu və yardıma ehtiyac duyduğu barədə Azərbaycan Respublikasının Belçikadakı Səfirliyinə məlumat daxil olub.


Nizami Məmmədovun yeri müəyyən edildikdən sonra səfirlik əməkdaşları ilə söhbət zamanı o, valideynlərinin yanına qayıtmaq istəməsə də, sonradan Azərbaycana gəlməyə razılıq verib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar