avq
2023
11:30
123

İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana TAM DƏSTƏK

4 avq, 2023
11:30
123

İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana TAM DƏSTƏK

“Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, Azərbaycanın öz ərazisində sərhəd-keçid məntəqələrinin yaradılması ilə bağlı qanuni qərarlarını tanıyırıq”.

Den.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyinin bəyanatında deyilir.


“Azərbaycan tərəfindən erməni sakinlərinin Laçın yolundan tibbi məqsədlərlə istifadəsinə şərait yaradılmasını və daha böyük yüklərin daşınması üçün “Ağdam-Xankəndi” marşrutundan istifadə təklifini alqışlayırıq. Bu cür təşəbbüslər sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına daha da töhfə verəcək”, – bəyanatda bildirilir.

Baş Katiblik Ermənistanı hər hansı təxribat xarakterli hərəkətlərdən çəkinməyə, “Ağdam-Xankəndi” və Azərbaycanın erməni əhalisinin ehtiyaclarını ödəmək üçün təklif etdiyi digər marşrutlardan istifadəni dəstəkləməyə çağırıb.

“Eyni zamanda sülh yolunda irəliləmənin, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün lazımi addımların atılmasının vacibliyini vurğulayırıq”, – deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar