12 
avq
2023
12:25
242

Nabranda "Xəzər günü" qeyd olunur - FOTOLAR

12 avq, 2023
12:25
242

Nabranda "Xəzər günü" qeyd olunur - FOTOLAR

12-avqust "Xəzər günü" ilə əlaqədar Nabran kəndində təmizlik aksiyası keçirilib. 


"Den.az"ın Şimal bürosu məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin, Xaçmaz rayon İcra Hakimiyyətinin Nabran, Yalama, Susayqışlaq, Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, yerli bələdiyyələrinin ,Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin , Samur Yalama Milli Parkının, Şimal-Şərq Regional Hidrometrologiya Mərkəzinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Xaçmaz rayonu, Nabran kəndinin Xəzər dənizi sahili ərazisində iməclik aksiyası keçirilib.

Təmizlik aksiyasında 150 nəfərin iştirakı ilə ümumilikdə 12 hektar sahil boyu ərazidən 550 kiloqram plastik və bərk məişət tullantısı toplanaraq daşınıb.  

Daha sonra aksiya iştirakçılarına mütəxəssislər tərəfindən Xəzərin ekoloji problemləri və bu sahədə görülən işlər barədə məlumat verilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri tərəfindən “Xəzər günü” ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edərək ətraf mühitin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə göstərdikləri dəstəyə görə təşəkkür edilib.

Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur. 












Nüşabə Mikayılqızı

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar