15 
avq
2023
20:08
192

MN: Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

15 avq, 2023
20:08
192

MN: Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Den.az”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar