16 
avq
2023
23:53
158

Qurban Qurbanov: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik"

16 avq, 2023
23:53
158

Qurban Qurbanov: "Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik"

"Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik".

"Den.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: "Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.( Report)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar