Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova "Heydər Əliyevin 100 illiyi medalı" ilə təltif edilib.
"Den.az" xəbər verir ki, müvafiq sərəncama uyğun olaraq medalı Şəhid anasına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev təqdim edib.
Təqdimat mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir.
Təqdiamat mərasimindən sonra “Denaz.Tv”-yə müsahibə verən Xatirə İsmayılova bildirib ki, bu medal onun üçün bir hədiyyədir. Qürurluyam və düşünürəm ki, bu yolu əbəs yerə gəlməmişəm deyir şəhid anası.
Bizdə Xatirə İsmayılovaya can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Şahnaz Əliyeva
Den.az