14 
iyl
2023
16:39
183

Əlövsət Talışxanlı da istefa verdi: "Orda kriminal baxışlar hökm sürür"

14 iyl, 2023
16:39
183

Əlövsət Talışxanlı da istefa verdi: "Orda kriminal baxışlar hökm sürür"

Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı Partiyasından daha nəfər istefa verib.
 
Den.az
Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun təsisçilərindən olan, özəl insitutlar və sahibkarlarla iş üzrə sədr müavini Əlövsət Talışxanlı Qubad İbadoğlu ilə yollarını ayırıb. O, istefasının səbəbini belə açıqlayıb: 


"Müsavat Partiyasından ayrılanda belə düşündük ki, ziyalı, intelektual bir təşkilat quraq. Əvvəlcə konstruktiv, radikalizmdən uzaq yol tutsaq da, sonrakı zamanlarda təşkilat bir qrup primitiv düşüncəli siyasətbazın və keçmişi kriminala bağlı üzvlərin təsir dairəsinə keçdi. Düşündüyümüzün əksi olaraq təşkilatda qeyri-səmimiyyət hökm sürdü. Çox təəssüf ki, təşkilat siyasi intiriqa bacarığından savayı nəyisə anlamayan və yalnız neqativ düşüncəyə sahib fürsətçilərin təsir dairəsinə düşdü. ADR Partiyasında Azərbaycan ictimai-siyasi həyatında xüsusi çəkisi və imzası olan, yüksək əxlaqi dəyərlərə malik insanlarla yanaşı, normal düşüncə tərzindən uzaq qaraguruh və kriminal baxışlar hökm sürür. Məhz, bu səbəbdən də istefa vermək qərarına gəldin”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar