Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında fəaliyyət göstərən İctimai Şura azad edilmiş ərazilərdə çalışan və bu ərazilərə qayıdan vətəndaşlara mina təhlükəsinin hələ də davam etdiyi barədə xəbərdarlıq edib.
Müraciətdə mina insidentlərinin sayında artım olduğu vurğulanır. Bildirilir ki, 2026-cı ilin əvvəlindən indiyədək iki mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra isə mina və partlamamış hərbi sursatlar nəticəsində 417 nəfər həlak olub və ya xəsarət alıb.
ANAMA-da qeyd edilib ki, minadan təmizlənməmiş ərazilərə daxil olmaq, xəbərdaredici nişanlara məhəl qoymamaq və naməlum əşyalara toxunmaq insan həyatı üçün ciddi təhlükə yaradır. Vətəndaşlara yalnız icazə verilən ərazilərdə hərəkət etmək və təhlükəsizlik qaydalarına ciddi riayət etmək çağırışı edilib.

