Azərbaycanın ümumtəhsil müəssisələrində 2025/26-cı tədris ili üzrə qış tətili 27 yanvar tarixindən başlayacaq.
Bu barədə Dövlət Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb.
Qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar ümumtəhsil müəssisələrinin hazırlıq qruplarına da şamil olunur.
Agentlikdə bildirilib ki, həm beşgünlük, həm də altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə tətil bitdikdən sonra ilk dərs günü 2 fevral olacaq.

