Azərbaycanda 28 mart tarixində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müxtəlif cinayətlərdə şübhəli bilinən 17 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, ötən sutka ərzində polis əməkdaşları 23 cinayətin üstünü açıb, həmçinin əvvəllər açılmamış daha bir faktın üstü açılıb.
Ümumilikdə axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib, onlardan 28-i borclu şəxs kimi axtarışda olub.
Həmçinin narkotiklərlə bağlı 9 fakt müəyyən edilib, eyni sayda qanunsuz saxlanılan silah və sursatın aşkar olunması halları qeydə alınıb.

