Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə aparılan mina təmizləmə fəaliyyətləri ilə bağlı mart ayı üzrə məlumatlar açıqlanıb.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində mina və partlamamış sursatlar aşkarlanıb.
Ümumilikdə 236 ədəd piyada əleyhinə mina, 267 ədəd tank əleyhinə mina və 4922 ədəd partlamamış hərbi sursat tapılıb.
Eyni zamanda 5336,5 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

