Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən, İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə təyinat olub.
Bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Tofiq Akif oğlu Əsgərov təyin edilib.
Tofiq Əsgərov Sumqayıt Dövlət Universitetini coğrafiya müəllimliyi ixtisası üzrə bitirib
Qeyd edək ki, T.Əsgərov 2008-2014-cü illərdə müəllim, 2014-2023-cü illərdə müxtəlif dövlət qurumlarında məsləhətçi vəzifələrində çalışıb.

