Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, bayram və istirahət günlərində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat sıxlığının artacağı gözlənilir.
Xüsusilə turizm və istirahət zonalarına aparan yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qurum sürücülərə aşağıdakı tövsiyələri verib:
- sürəti yol və hava şəraitinə uyğun seçmək,
- səhhətdə problem olduqda, yorğun və yuxulu halda sükan arxasına əyləşməmək,
- təhlükəsiz məsafə saxlamaq və riskli ötmələrdən çəkinmək,
- yol hərəkətini tənzimləyən vasitələrin tələblərinə ciddi əməl etmək,
- səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq.
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, təhlükəsiz səfər hər bir şəxsin məsuliyyətli davranışından asılıdır.
Qurum bütün sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

