Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin növbəti qrupları Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə istiqamətində yola salınıb.
Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə — 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə — 15 nəfər, Şükürbəyliyə 7 ailə — 28 nəfər, Böyük Qaladərəsinə 3 ailə — 14 nəfər qayıdır.
Bundan başqa, Ballıcaya 2 ailə — 7 nəfər, Badaraya 2 ailə — 5 nəfər, Xanabada 2 ailə — 5 nəfər, Həsənrizə 13 ailə — 53 nəfər, Çıldırana 13 ailə — 53 nəfər, Vəngliyə isə 4 ailə — 23 nəfər köçürülür.
Qeyd edilib ki, həmin ailələr indiyədək yataqxanalarda, sanatoriyalarda, uşaq düşərgələrində, yarımçıq tikililərdə və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

