TikTok-da Arzum 9999 adı ilə tanınan İlduza Hacıyevanın səhhəti pisləşib.
DenMedia.az xəbər verir ki, bu barədə unikal.az-a onun vəkili Hikmət Əliyev məlumat verib.
Müdafiəçinin sözlərinə görə, Hacıyevanın daimi həkim nəzarətinə ehtiyacı var.
Vəkil həmçinin bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, bloger İlduza Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha əvvəl dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

