“Azərbaycan Hava Yolları”nın (AZAL) 2026-cı il iyulun 14-nə planlaşdırılan Trabzon–Bakı marşrutu üzrə J2-8048 reysi texniki nasazlıq səbəbindən təxirə salınıb.
Bu barədə AZAL şirkətindən Operativ Medianın sorğusuna cavab olaraq bildirilib.
Aviaşirkətin məlumatına görə, sərnişinlərin 15 iyulda yerinə yetiriləcək reyslə Bakıya çatdırılması planlaşdırılır.
Uçuşu gözlədikləri müddətdə sərnişinlərə aviaşirkətin qaydalarına uyğun xidmətlər göstərilib.
Əlavə məlumat almaq üçün sərnişinlər AZAL-ın dəstək xidməti ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

