Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.
DenMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirlikdə struktur və kadr dəyişiklikləri ilə bağlı proseslər davam edir.
Nazirlikdən bildirilib ki, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.
Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi. O, daha əvvəl Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

