Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: təhlükəsiz yaşayış məntəqələri üçün mükəmməllik standartlarının müəyyən edilməsi” mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransını birgə təşkil edib.
Konfrans iki gün davam edəcək. Tədbir çərçivəsində panel müzakirələrinin keçirilməsi və bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Konfrans çərçivəsində həmçinin ANAMA ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Mina Təhlükəsizliyi üzrə Regional Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçiriləcək.

