Bakının Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni metro stansiyasına “20 Sentyabr” adı verilib.
Bununla bağlı müvafiq qərarı Azərbaycanın Baş naziri Əli Əsədov imzalayıb.
Sənədə əsasən, qərar 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edilməsi ilə əlaqədar və Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.
Denmedia.az

