Azərbaycanda heyvanlarla amansız rəftara görə inzibati məsuliyyətin sərtləşdirilməsi təklif olunur.
Təklif edilən dəyişikliklərə əsasən, heyvanlara ağrı və əzab verməyə, onları döyməyə, işgəncə etməyə, eləcə də heyvan döyüşləri təşkil etməyə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.
Əgər amansız rəftar nəticəsində heyvan xəsarət alarsa, cərimənin məbləği 1000 manatdan 1500 manatadək olacaq.
Ən sərt cəza isə heyvanın tələf olması halında tətbiq ediləcək. Belə halda təqsirkar şəxs 1500 manatdan 2000 manatadək cərimə edilə və ya bir ayadək inzibati həbs oluna bilər.
Denmedia.az

