Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib.
Denmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, nazirliyin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyən edilib və yeni tərkib təsdiqlənib.
Kollegiyanın sədri müdafiə sənayesi naziri olacaq.
Kollegiyanın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilib:
-
Müdafiə sənayesi nazirinin müavinləri;
-
Nazirliyin Aparatının rəhbəri;
-
Hüquq şöbəsinin müdiri;
-
Maliyyə və hesabatlılıq şöbəsinin müdiri;
-
Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri;
-
Sənayenin tənzimlənməsi şöbəsinin müdiri;
-
İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri;
-
Nazirliyin tabeliyində fəaliyyət göstərən “Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

