Bakıda kafedə baş verən qətl hadisəsi ilə bağlı saxlanılan Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərarı Nizami Rayon Məhkəməsi qəbul edib.
Əhməd Əlizadəyə Cinayət Məcəlləsinin 218.1 və 218.2-ci (cinayətkar birlik yaratma və belə birliyin fəaliyyətində iştirak etmə), həmçinin 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.
Bundan başqa, o, Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə birlikdə 234.4.1 və 234.4.3-cü maddələrdə nəzərdə tutulan cinayətə cəhddə də ittiham olunur. Qeyd edək ki, Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.

