iyn
2023
01:46
170

Oğuzda iri gövdəli ağac magistral yola aşdı, Qaraməryəm-İsmayıllı-Şəki yolu bir neçə saatlıq bağlandı

4 iyn, 2023
01:46
170

Oğuzda iri gövdəli ağac magistral yola aşdı, Qaraməryəm-İsmayıllı-Şəki yolu bir neçə saatlıq bağlandı

İri gövdəli ağac aşaraq magistral yolu bağladı

Den.az "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verie ki, iri gövdəli ağacın aşması nəticəsində bağlanan Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda hərəkət bərpa olunub.

Belə ki, güclü külək nəticəsində yolun hərəkət hissəsinə aşan ağacın gövdəsi yük avtomobilinə qoşularaq yoldan kənarlaşdırılıb. Nəticədə bir saata yaxın bağlı qalan yol açılıb

01:33
Oğuz rayonunda külək fəsadlar törədib.

Den.az "Report"un Şimal-qərb bürosuna istinadən xəbər verir ki, bu gün gecə saatlarında Oğuz rayonunda əsən güclü külək nəticəsində iri gövdəli ağac magistral yola aşıb.

Nəticədə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsi bağlanıb. Bundan başqa, aşan ağac elektrik naqillərini də qırıb, yaxınlıqda yaşayan 20 ailəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda aşan ağaca görə, avtomobillər yolda qalıb. Ağacın yoldan götürülməsi istiqamətində işlər aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar