yan
2024
13:02
397

Sumqayıtda piyada keçidi ginnesin rekordlar kitabına düşə bilər: 4 SANİYƏ İŞIQFOR-FOTO/VİDEO

3 yan, 2024
13:02
397

Sumqayıtda piyada keçidi ginnesin rekordlar kitabına düşə bilər: 4 SANİYƏ İŞIQFOR-FOTO/VİDEO

Sumqayıt şəhərində cəmi 4 saniyə nizamlanan işıqfor piyadalar üçün ciddi problemə çevrilib. 

"Den.az" xəbər verir ki, Piyada keçidini yalnız cavanlar qaçaraq keçə bilir. O da, həyatlarını təhlükəyə ataraq. Yaşlı nəsil və azyaşlılar ümumiyyətlə bu keçiddən keçməyə risk etmir. 

4 saniyəlik işıqfor və piyada keçidi Sülh prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşir. Sakinlər bildirilər ki, kifayət qədər məsafəli yol olan piyada keçidindən istifadə üçün cəmi 4 saniyə vaxt qoyulub. Onuda keçmək mümkün deyil.

Mövcud məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən  bildirilib ki, həmin işıqfor əslində 4 deyil, 35 saniyə nəzərdə turulub. Bir neçə gün bundan öncə yaranmış vəziyyəti həll etmək üçün Sumqayıt regional İxtisaslaşdırılmış layihə istehsalat idarəsinə müraciət olunub. Problem aradan qaldırılsada, lakin sonradan həmin işıqforun beyin sistemində pozulma qeydə alınıb. İxtisaslaşdırılmış layihə istehsalat idarəsi əməkdaşları da onu diqqətdə saxlamayıb. 


Qeyd edək ki, Sülh prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən işıqforun qısa vaxt ərzində təmir ediləcəyi bildirilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar