Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər istilər səbəbindən ölüb.
Den.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, ən çox ölüm halı Odişa ştatında qeydə alınıb. Hindistanın şərq sahilində yerləşən bu ştatda istilər 46 nəfərin həyatına son qoyub, onlarla insan xəstəxanaya yerləşdirilib. İstidən əziyyət çəkənləri müalicə etmək üçün hər xəstəxanada altı çarpayı ayrılıb.
Bihar ştatında azı 16 nəfər, Uttar Pradeş ştatında 15 nəfər, Carkhand və Racastan ştatlarının hər birində isə 4 nəfər isti səbəbindən həyatını itirib.
Ölənlər arasında yerli seçki məntəqələrini hazırlayan seçki komissiyasının əməkdaşlarının da olduğu bildirilir. Hindistanda ümumi parlament seçkilərinin yekun mərhələsi bu gün keçirilir.
Ölkənin şimal-şərqindəki bəzi bölgələrdə gündüzlər havanın temperaturu 45 dərəcə Selsi civarındadır.
Bir gündə istidən 85 nəfər öldü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.