11 
iyn
2024
15:43
54

Putinin bu ölkələrə səfəri gözlənilir

11 iyn, 2024
15:43
54

Putinin bu ölkələrə səfəri gözlənilir

“Putin Şimali Koreyaya səfər edəcək”.

Den.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə  diplomatik mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin növbəti həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.

Putin Şimali Koreyaya yalnız bir dəfə səfər edib. Lakin Rusiya lideri dörd dəfə Vyetnama səfərə gedib. Putinin Vyetnama sonuncu rəsmi səfəri 2013-cü ilin noyabrında gerçəkləşib.

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın


Çox oxunanlar