Putin Ukrayna ilə atəşkəs təklifini rədd etdi, çünki bu, Kiyev üçün faydalı olacaqdı”.
Den.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Bild” nəşrinə müsahibəsində deyib.
“Ukraynalılar yüksək keyfiyyətli silahlar aldıqları üçün daha da nikbinləşiblər. Bununla yanaşı Avropanın maraqları da var. Vəziyyət göz qabağındadır. Putin və Rusiya Ukraynada işğala başlayıb. Amma kimin nəyə görə məsuliyyət daşıdığını ölçmək istəmirəm. Mənim işim sülhə necə nail olacağımıza diqqəti yönəltməkdir. Əvvəlcə sülh müqaviləsi bağlanmalı, sonra silahları yerə qoymalıdırlar. Amma Putin və Zelenski bunu əmin deyil. Hər iki tərəf düşünür ki, atəşkəs düşmənin maraqlarına uyğundur. Çünki bu müddət ərzində tərəflər yenidən müharibəni davam etdirməyə hazırlaşa biləcəklər. Putinin Rusiyanın necə qalib gələcəyi barədə aydın təsəvvürü var. Eyni şey Zelenskiyə də aiddir. Putin üçün hər şey sadədir, o, itirə bilməz və bu, çox məntiqlidir. Müharibədə istifadə olunan əsgərlərə, silahlara və texnologiyalara nəzər salsanız, o zaman Rusiyanı məğlub etməyin çətin olduğunu görəcəksiniz”, – Orban vurğulayıb.
Günəş Fərəh
Den.az
"Putin üçün hər şey sadədir, o, itirə bilməz" - Orban

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.