Türkiyənin cənubunda yerləşən Çukurova Hava Limanının açılış mərasimi avqustun 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
Den.az bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun bəyanatına istinadla xəbər verir.
Yeni hava limanı Türkiyənin iki cənub vilayətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub. Çukurova Hava Limanının tutumu ildə 8 milyon sərnişin olacaq.
Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib ki, Mersin vilayətində hava limanının tikintisi “Tik-İşlət-Dövlət” dövlət-özəl tərəfdaşlıq modelinə uyğun həyata keçirilib.
Layihəyə 244,5 milyon avro xərclənib və yerin icarəsindən daxil olacaq ödənişlər 25 il ərzində dövlət xəzinəsinə 297 milyon 100 min avro qazandıracaq.
“Mülki aviasiya sektoru ölkəmiz üçün vacibdir. Türkiyədən 4 saatlıq uçuş zamanı 1,4 milyard əhalisi olan 67 ölkə var. 2053-cü ilə qədər biz aktiv fəaliyyət göstərən hava limanlarının sayını 61-ə çatdırmağı planlaşdırırıq”, -deyə türkiyəli nazir bildirib.
Uraloğlu qeyd edib ki, Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına sahib olacaq ki, bu da Yaxın Şərq ölkələri ilə ticarətə ciddi töhfə verəcək.
O diqqətə çatdırıb ki, yeni hava limanının açılışından sonra 3 min insan işlə təmin ediləcək.
Türkiyədə yeni hava limanı fəaliyyətə başlayır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.