"Rusiya prezidenti Vladimir Putinin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşü xəbərlərdə yayıldığı kimi, “ticarət və iqtisadi əlaqələrin müzakirəsi”ndən daha çox Türkiyə ilə əlaqəlidir. Kreml Türkiyə və Suriya liderlərini görüşdürmək və barışdırmaq istəyir".
Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.
"Bu Ukraynada müharibə aparan Kremlin başqa bölgələrdə vasitəçi rolunu gücləndirmək məqsədi daşıyır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşməyə hazırdır. Əsəd də rusiyalı həmkarının xahişini yerə salmayacaq. Bu görüş Türkiyənin maraqlarına cavab verir. Bəşər Əsəd Ankaranın gözləntisinin əksinə olaraq hakimiyyətini itirmədi, Rusiya və İranın dəstəyi sayəsində kreslosunu qoruya bildi. Türkiyəyə Suriya ərazisindəki terrorçu qruplardan təhlükə var. Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyirsə, Əsədlə müzakirələr hər iki tərəf üçün faydalı olacaq".
Günəş Fərəh
Den.az
"Əsədlə müzakirələr hər iki tərəf üçün faydalı olacaq" - İLGİNC AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.