Fransa prezidenti Emmanuel Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək.
Den.az xəbər verir ki, bu barədə “Le Journal du Dimanche” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Fransa lideri baş nazir postuna “siyasətçi olmayan” şəxsi təyin edə bilər. Nəşr qeyd edir ki, yeni komandanın formalaşması zamanı indiki nazirlərin öz postlarında qalması mümkündür.
Daha əvvəl Frans-Press Agentliyinin Yelisey Sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini respublikanın yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.
Prezident administrasiyasındakı mənbələr qeyd edir ki, Makron orada solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lusi Kaste ilə söhbət edə bilərdi.
Eyni zamanda Le Journal du Dimanche qeyd edir ki, Kasetin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə edə bilər.
Makron Avropa Parlamenti seçkilərində prezident koalisiyasının məğlubiyyətindən sonra iyunun 9-da Milli Assambleyaya növbədənkənar seçkilər elan edib.
İkinci turun nəticəsi olaraq solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası hakim “Respublika Naminə Birlikdə” (168) alyansını geridə qoyaraq, əksər mandatları (182) əldə edib.
Seçkilərdən sonra Baş nazir Qabriel Attal istefa ərizəsini təqdim edib. Makron onun istefasını qəbul edib və Attal hökumətindən yeni kabinet formalaşana qədər işləməyə davam etməsini istəyib.
Makron yeni baş nazir seçir: Hökumət başçısı siyasətçi olmayacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.