“Ukraynadakı münaqişə Modi və Zelenski arasında danışıqların əsas mövzusu oldu”.
Den.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirilib.
“Tərəflər vaxtın çox hissəsini Ukrayna münaqişəsi məsələsinə həsr ediblər. Baş nazir Hindistanın mövqeyini açıqlayaraq bildirib ki, dialoq və diplomatiya münaqişənin həllinin açarıdır. Yəni sülh yolundan başqa variant yoxdur. Modi Zelenski ilə görüşdə Qlobal Cənub dövlətlərinin Ukrayna münaqişəsi və onun nəticələri ilə bağlı narahatlığı məsələsini də qaldırıb. Zelenski isə açıq şəkildə Ukrayna ilə bağlı sülh sammitində Hindistanın iştirakının davamını istədi”, – deyə Caişankar vurğulayıb.
Qeyd edək ki, daha öncə məlum olub ki, Ukrayna rəsmiləri Kiyev və Moskva arasında Hindistanın vasitəçiliyi ehtimalını istisna edir. Narendra Modinin münaqişənin həllinə töhfə verməyə və onun sona çatması üçün istənilən rolu oynamağa hazır olduğunu açıqlamasına baxmayaraq bu qərar verilib.
Günəş Fərəh
Den.az
“Ukraynadakı münaqişə Modi və Zelenski arasında danışıqların əsas mövzusu oldu” - Caişankar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.