İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə Qəzzadakı vəziyyəti müzakirə edib.
Den.az xəbər verir ki, bu barədə “İsrael Today” məlumat dərc edib.
Məlumata görə, tərəflər İsrailin Livanla şimal sərhədindəki vəziyyəti müzakirə ediblər.
Qalant Ostini Hizbullahın təhlükəsi və İsrail ordusunun əməliyyatları haqda məlumatlandırıb.
“Biz digər məsələlərlə yanaşı, regional vəziyyəti və İran və onun proksi qüvvələrinin yaratdığı təhlükəni müzakirə etdik”, – deyə İsrailin müdafiə naziri vurğulayıb.
Bu arada İsrail Beyruta yenidən zərbələr endirib. Baş nazir Benyamin Netanyahu isə bunun hələ başlanğıc olduğunu deyib.
“Mən söz vermişdim ki, biz ölkənin şimalında təhlükəsizlik və güc balansını dəyişəcəyik. Biz indi məhz bunu edirik. Bizi çətin günlər gözləyir”, – deyə Netanyahu əlavə edib.
Qeyd edək ki, İsrail ordusunun Beyruta zərbələri nəticəsində Hizbullahın cənub cəbhəsinin komandirlərindən olan Əli Kərki məhv edilib.
Günəş Fərəh
Den.az
Qalant Ostinlə Qəzzadakı vəziyyəti müzakirə edib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.