“Atəşkəsin müddəti Livanda baş verənlərdən asılı olacaq”.
Den.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, ölkənin təhlükəsizlik kabineti ilə görüşündən sonra Livanda atəşkəs razılaşması ilə bağlı sənədi yekun təsdiq üçün hökumətə təqdim edəcəyini bildirib.
“Əgər Hizbullah razılaşmanı pozarsa və yenidən silahlanmağa cəhd edərsə, biz zərbə endirəcəyik. Əgər o, sərhəd yaxınlığında terror infrastrukturunu bərpa etməyə cəhd göstərsə, İsrail yenə hücum haqqını özündə saxlayacaq. Yaxud raket atsa, tunel qazsa, hücuma keçəcəyik. Hər bir pozuntuya güc yolu ilə cavab verəcəyik. Ancaq hazırda atəşkəs barədə razılaşmaq üçün üç səbəb var. Birincisi, diqqəti İran təhlükəsinə yönəltməkdir. İkincisi, qoşunlara istirahət vermək və silahları doldurmaqdır. Üçüncü səbəb şimal və cənub cəbhələrini ayırmaq və HƏMAS-ı təcrid etməkdir. “Hizbullah”sız HƏMAS tək qalacaq və bizim təzyiqimiz artacaq. Silahların tədarükü ilə bağlı gecikmələr oldu. Bu gecikmə tezliklə aradan qaldırılacaq. ”, – deyə Netanyahu vurğulayıb.
Günəş Fərəh
Den.az
“Atəşkəsin müddəti Livanda baş verənlərdən asılı olacaq” - Netanyahu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.