Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.
“Den.az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilib ki, yanvarın 1-dən əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti il ərzində 90 gündən çox ola bilməz.
Belə ki, “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Qanuna dəyişiklik edilib. Bundan əvvəl uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasınınərazisində 180 gün ərzində 90 gündən çox qala bilərdilər.
Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, yenilik ölkəyə təhsil almaq üçün gələn, patent almış, işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.
Əcnəbilərin Rusiyada vizasız qalma müddəti azaldıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.