Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6.0 maqnitudalı zəlzələ olub.
Den.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.
Bildirilir ki, episentr təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) cənub-şərqə doğru 94 km məsafədə yerləşib. Ocaq 58 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.