Bu müharibəni Rusiya özü başladı, bu gün özü də bunu davam etdirmək istəyir.
Den.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın Sum şəhərinə endirdiyi zərbələrlə bağlı deyib.
“Rusiya insan həyatına, beynəlxalq hüquqa və prezident Trampın diplomatik səylərinə açıq-aşkar etinasızlıqla müharibəni davam etdirməyi seçdi”, - Makron bildirib.
Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb.