Hollivud aktyoru Jan-Klod Van Damm sülh səfiri olmaq məqsədi ilə Rusiyaya səfər etmək arzusunda olduğunu bildirib.
Den.az xəbər verir ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinə videomüraciətində deyib.
“Rusiyaya gəlmək istəyirik. Çox istərdim ki, bu adı alım. Bu adı daşımaq mənim üçün şərəf olardı”, - Van Damm qeyd edib.
Aktyor bildirib ki, siyasi məsələlərə toxunmaq niyyətində deyil, ancaq sülh, idman və xoşbəxtlik haqqında danışmaq istəyir.
Videomüraciətdə ukraynalı iş adamı və keçmiş deputat Aleksandr Onişenko da yer alıb.