İstanbulda baş verən zəlzələlərdə insan itkisi olmayıb.
Den.az xəbər verir ki, bu barədə İstanbul Valiliyindən bildirilib.
Qeyd olunub ki, zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil.
Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb.