Qərbin pulsuz hərbi yardımı azalır və Kiyev getdikcə daha çox silahı öz büdcəsi hesabına almalı olur.
Den.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, ölkə hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri və digər silahların alınması üçün maliyyə axtarır.
Qeyd edək ki, Ukrayna parlamentində hərbi büdcədə 12 milyard dollara qədər çatışmazlıq ola biləcəyi açıqlanıb. Digər büdcə xərcləri isə əsasən xarici kreditlər hesabına ödənilir.