Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.
Den.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
“388 sərnişinin olduğu Klimov-Moskva qatarı hərəkət edərkən körpüdə partlayış baş verib”, - Boqomaz bildirib.
Boqomazın məlumatına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 66 nəfər yaralanıb.
***
Bryansk vilayətində 2, 3 və 4 iyun matəm günləri elan edilib.
Bu barədə qubernator Aleksandr Boqomaz bildirib.
O bildirib ki, son məlumatlara görə, 7 nəfər ölüb, 71 nəfər xəsarət alıb.