Ukraynanın Cənub Müdafiə Qüvvələri Rusiya hərbi texnikasını daşıyan qatarı vurub.
“Den.az” bu barədə UNIAN-a istinadən xəbər verir.
“Rusiya ordusunun itkisi 13 tank, yüzdən çox zirehli texnika və avtomobildən ibarət olub”, - məlumatda deyilir.
Qatarın dəqiq harada və nə ilə vurulması ilə bağlı məlumat verilmir.